...

Ötən beş il ərzində İranda boşanma halları 37 faiz artıb

Dünya xəbərləri Materials 6 İyul 2011 13:56 (UTC +04:00)
İranın Dövlət Statistikasının rəsmi açıqlamasına görə, ölkədə ötən beş il ərzində boşanma halları 37,95 faiz artıb.
Ötən beş il ərzində İranda boşanma halları 37 faiz artıb

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İranın Dövlət Statistikasının rəsmi açıqlamasına görə, ölkədə ötən beş il ərzində boşanma halları 37,95 faiz artıb. Bu barədə Trend İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, 2005-ci ildə İranda boşananların sayı 84 min nəfər təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 137 200 nəfər olub.

Boşanma halları əsasən 30 yaşdan aşağı gənc ailələr arasında baş verib. Boşanan qadınlar əsasən 20-24 yaş, kişilər isə 25-29 yaş arasında olublar.

Xəbər lenti

Xəbər lenti