...

Şimali İraq hökuməti Türkiyənin hava zərbələrini pisləyir

Dünya xəbərləri Materials 22 Avqust 2011 14:30 (UTC +04:00)
Şimali İraqın regional kürd hökuməti Türkiyə Hərbi Hava Qüvvələrinin bu ərazidə kürd separatçıların düşərgələrinin məhvinə yönələn əməliyyatını pisləyib.
Şimali İraq hökuməti Türkiyənin hava zərbələrini pisləyir

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Şimali İraqın regional kürd hökuməti Türkiyə Hərbi Hava Qüvvələrinin bu ərazidə kürd separatçıların düşərgələrinin məhvinə yönələn əməliyyatını pisləyib. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı xəbər verir.

Regional kürd hökumətinin nümayəndəsi Kava Mahmud bildirib ki, bu avia hücumlar zamanı dinc əhali həlak olur. Onun sözlərinə görə, Türkiyə HHQ-nin son zərbələri zamanı yeddi dinc sakin ölüb, beşi yaralanıb. O, Türkiyə hakimiyyətini İraqın şimalında əməliyyatı dərhal dayandırmağa çağırıb.

Avqustun 17-də kürd döyüşçülərin Türkiyənin cənub-şərqində etdikləri hücumdan sonra Türkiyə HHQ Kürd İşçi Partiyasının (PKK) mövqelərinə hava zərbələrini bərpa edib. Hücum zamanı doqquz Türkiyə hərbçisi həlak olmuşdu.

Türkiyənin müstəqil Kürdüstan dövlətinin yaradılmasını tələb edən PKK ilə mübahisəsi 25 ildən çoxdur davam edir. Münaqişə 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınıb. Ankara Avropa İttifaqınıa tamhüquqlu üzv olmağa çalışır.

PKK döyüşçüləri əvvəllər Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həll edilməyəcəyi təqdirdə, silahlı qarşıdurmanı fəallaşdıracaqları ilə hədələyirdilər.

Xəbər lenti

Xəbər lenti