...

Ermənistanın müdafiə naziri qoşunların təmas xəttində olub

Dünya xəbərləri Materials 24 Avqust 2011 14:25 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində olub. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" informasiya agentliyi xəbər yayıb.
Ermənistanın müdafiə naziri qoşunların təmas xəttində olub

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində olub. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" informasiya agentliyi xəbər yayıb.

Nazir ön cəbhədə 4-cü ordu korpusunun hərbi hissələrindən birinə səfəri zamanı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti