...

Liviya üsyançıları Qəddafini ölü və ya diri təhvil verənə 1,6 milyon dollar verəcəklər

Dünya xəbərləri Materials 24 Avqust 2011 18:55 (UTC +04:00)
Liviya üsyançıları Müəmmər Qəddafini ölü və ya diri onlara təhvil verənə 1,6 milyon dollar pul verəcəklərini vəd ediblər.
Liviya üsyançıları Qəddafini ölü və ya diri təhvil verənə 1,6 milyon dollar verəcəklər

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Liviya üsyançıları Müəmmər Qəddafini ölü və ya diri onlara təhvil verənə 1,6 milyon dollar pul verəcəklərini vəd ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyanşılar arasında silahlı toqquşmalara çevrilib. Martın 17-də BMT TŞ Liviya üzərində uçuşsuz zona tətbiq edib. Uçuşsuz zonanın təmin olunması, silah satışına qadağanın tətbiqi və mülki vətəndaşların müdafiəsi üçün Qərb ölkələrinin koalisiyası martın 19-da Liviyada hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara rəhbərlik bir neçə gündən sonra tam şəkildə NATO-ya keçib. Əməliyyatların mandatı iyunun 27-də başa çatıb, lakin iyunun 1-də NATO əməliyyatların müddətini 90 gün, yəni sentyabrın sonunadək uzadıb

Xəbər lenti

Xəbər lenti