Azərbaycan, Bakı, 25 avqust /Trend/
Bu gün səhər Türkiyənin Kütahya şəhərinin Hisarcık dairəsində 4,3 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər yayıb.
Zəlzələ nəticəsində ziyan çəkən olmayıb.
Mayda da bu şəhərdə zəlzələ olmuşdu. Həmin vaxt onun maqnitudası 5,7 bal təşkil etmişdu. Nəticədə 120-dən artıq adam yaralanmış, 4 nəfər həlak olmuşdu.