...

Ev dustaqlığında saxlanılan İranın müxalifət lideri Ramazan ayının əvvəlindən ailəsindən təcrid olunub

Dünya xəbərləri Materials 27 Avqust 2011 15:05 (UTC +04:00)
İran müxalifətinin liderlərindən biri, Etimade-Milli Partiyasının baş katibi Mehdi Kərrubinin xanımı Fatimə Kərrubi bildirib ki, onun əri Ramazan ayının əvvəlindən ev dustağıdır.
Ev dustaqlığında saxlanılan İranın müxalifət lideri Ramazan ayının əvvəlindən ailəsindən təcrid olunub

Azərbaycan, Bakı, 27 avqust /Trend/

İran müxalifətinin liderlərindən biri, Etimade-Milli Partiyasının baş katibi Mehdi Kərrubinin xanımı Fatimə Kərrubi bildirib ki, onun əri Ramazan ayının əvvəlindən ev dustağıdır. Trend-in məlumatına görə, bu barədə partiyanın rəsmi saytı məlumat verir.

O qeyd edib ki, Kərrubi Ramazan ayının əvvəlindən yeni binada yerləşdirilib və ailəsindən təcrid olumuş şəkildə ev dustağı saxlanılır.

Martın 2-də Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi İranda müxalifət liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvinin həbs edilməsi barədə məlumatı təkzib edib.
Musəvi və Kərrubi yeddi aya yaxın ev dustağı olublar. Onlar fevralın 7-də ölkənin DİN-nə onlara və tərəfdarlarına fevralın 14-də İmam Hüseyn və Azadi meydanlarında Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmələrinə icazə verilməsi xahişi ilə müraciət etmələrindən sonra həbs olunublar.
Musəvinin rəhbərlik etdiyi İranın müxalifətçi "Yaşıl hərəkat" partiyası öz liderinin azadlığa çıxmasına dəstək olaraq imzatoplama kampaniyasına başlayıb.

Xəbər lenti

Xəbər lenti