...

İranda sərnişin təyyarəsi sərt eniş edib, xəsarət alanlar var

Dünya xəbərləri Materials 4 Sentyabr 2011 12:38 (UTC +04:00)
İranın özəl aviasiya şirkəti olan "Mahan Air"-ə məxsus təyyarə İranın şimal-şərqində, Məşhəd şəhərində sərt eniş edib.
İranda sərnişin təyyarəsi sərt eniş edib, xəsarət alanlar var

İranın özəl aviasiya şirkəti olan "Mahan Air"-ə məxsus təyyarə İranın şimal-şərqində, Məşhəd şəhərində sərt eniş edib. Bu barədə Press TV məlumat yayıb.

Mahan Air-ə məxsus 613 saylı reysi ilə uçan təyyarə şənbə günü paytaxt Tehrandan yerli vaxtla saat 10:30-da ölkənin ikinci böyük şəhəri olan Məşhədə yola düşüb. Məşhədin Şəhid Haşəmi Necat hava limanında eniş edərkən təyyarınin qabaq təkəri partlayıb. Bu barədə İRNA məlumat yayıb.

Təyyarənin pilotu fəlakətdən yayımağa müyəssər olub və 230 nəfər sərnişinin həyatını xilas etmək mümkün olub. Qəza zamanı yüngül xəsarət alan bir neçə nəfər tibbi yardım göstərilməsi üçün xəstaxanaya çatdırılıb.

Xəbər lenti

Xəbər lenti