...

Gürcüstan Prezidenti "Şərq tərəfdaşlığı" sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2011 15:19 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib.
Gürcüstan Prezidenti "Şərq tərəfdaşlığı" sammitində iştirak edəcək

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində iştirak edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstan Prezidentini Polşanın Baş naziri Donald Tusk Saakaşvilinin keçən həftə Varşavaya səfəri zamanı şəxsən dəvət edib.

Ancaq Mancqaladze Prezidentin Polşaya səfərinin dəqiq tarixini açıqlamaqdan imtina edib.

Sammit sentyabrın 30-da Varşavada çağırılacaq. Sammitdə Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Moldova və Ukraynanın liderləri və Aİ-nin yüksəkvəzifəli şəxsləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti