...

Suriyada nüvə alimi öldürülüb

Dünya xəbərləri Materials 28 Sentyabr 2011 16:52 (UTC +04:00)
Bu gün səhər Suriyanın Hums şəhərində nüvə texnologiyaları üzrə mühədis, alim Aus Əbdülkərim naməlum şəxslər tərəfindən öldürülüb.
Suriyada nüvə alimi öldürülüb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün səhər Suriyanın Hums şəhərində nüvə texnologiyaları üzrə mühədis, alim Aus Əbdülkərim naməlum şəxslər tərəfindən öldürülüb. Trend-in məlumatına görə, bu barədə "əl-Ərəbiyyə" telekanalı Suriyadakı insan hüquqlarının müdafiəsi mərkəzinə istinadən xəbər verir.

Mərkəzin məlumatına görə, bir qədər əvvəl Hums Universitetinin kimya və mühəndislik fakültələrinin professoru da qətlə yetirilib.

Alim Prezident Bəşşar əl-Əsədə qarşı nümayişlərin fəal iştirakçısı olub.

Suriyada kütləvi etiraz aksiyaları martın ortalarından ölkənin cənubundakı Dəra şəhərindən başlayıb, daha sonra isə ölkənin digər regionlarını əhatə edib. BMT-nin məlumatına görə, toqquşma qurbanlarının sayı 2,7 min nəfəri ötüb. Suriya hakimiyyəti hər iki tərəfdən 1,4 min nəfərin həlak olduğunu bildirir.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqan kimi Milli Keçid Şurası (MKŞ) formalaşdırıblar.

Xəbər lenti

Xəbər lenti