...

İraqda partlayış nəticəsində 14 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 Oktyabr 2011 12:21 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:45-də yayılıb)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend müxbir A.Tağıyeva/

Bu gün səhər Bağdadda İraqın Daxili İşlər Nazirliyinin binası qarşısında baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub. Bu barədə Trend çərşənbə günü "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Partlayış nəticəsində içərisinə partlayıcı maddə doldurulmuş dörd maşın havaya sovrulub.

Yaralıların dəqiq sayı barədə hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti