...

Moskva–Tehran reysi Mehrabad hava limanına təhlükəli eniş edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2011 10:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/

Ötən gün Moskvadan Tehrana uçan "İranAir" şirkətinə məxsus Boing 727 sərnişin təyyarəsi Mehrabad hava limanında yerə enərkən təyyarənin təkərlərində nasazlıq yaranıb və onlar açılmayıb. Trend-in məlumatına görə, bu barədə İranın MEHR xəbər agentliyi bu gün məlumat verib.

Məlumata əsasən, təyyarədə 94 sərnişin və 19 ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İran KİV-in məlumatına əsasən, aviasiya qəzaları İran üçün nadir hadisə deyil. Qəzalara səbəb təyyarələrin köhnəlməsidir.

2010-cu ilin yanvarında İranın Məşhəd şəhərində rusiyalı ekipajın idarə etdiyi Tu-154 təyyarəsi qəzaya uğrayıb. Nəticədə 46 sərnişin zərər çəkib.

2009-cu il iyulun 24-də İranda İl-62 təyyarəsi qəzaya uğrayıb. 16 nəfər, eləcə də 13 ekipaj üzvü xəsarət alıb. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq beton hasara çırpılıb.

2009-cu il iyulun 5-də İranın Qəzvin şəhərinin ətrafında "Kaspian" aviaşirkətinin Tehran-Yerevan marşrutu üzrə uçan Tu-154 təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 168 nəfərin hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti