...

Janaozendə parlament seçkiləri üzrə səsvermə keçirilməyəcək – Konstitusiya Şurası

Dünya xəbərləri Materials 6 Yanvar 2012 11:08 (UTC +04:00)
Dekabrın 16-da baş vermiş kütləvi iğtişaşlardan sonra fövqəladə vəziyyətin tətbiq edildiyi Janaozen şəhərində parlament seçkiləri üzrə səsvermə keçirilməyəcək.
Janaozendə parlament seçkiləri üzrə səsvermə keçirilməyəcək – Konstitusiya Şurası

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Dekabrın 16-da baş vermiş kütləvi iğtişaşlardan sonra fövqəladə vəziyyətin tətbiq edildiyi Janaozen şəhərində parlament seçkiləri üzrə səsvermə keçirilməyəcək. Trend-in məlumatına görə, bu barədə Konstitusiya Şurasının sədri İqor Roqov deyib.

"Bizə Mərkəzi Seçki Komissiyasından fövqəladə vəziyyətin tətbiq edildiyi Janaozen şəhərində parlament seçkiləri üzrə səsvermə keçirilməsinin mümkünlüyü barədə sorğu daxil olub. Konstitusiya Şurası bu suala belə cavab verib ki, Janaozendə fövqəladə vəziyyətin qüvvədə olduğu dövrdə seçkilər keçirilə bilməz", - Roqov Konstitusiya Şurasının iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib. Bu barədə "Novosti-Kazaxstan" İA xəbər verir.

Dekabrın 16-da Janaozendə kütləvi iğtişaşlar baş verib. Nəticədə 16 nəfər həlak olub, onlarla adam yaralanıb. Şəhərdə onlarla bina və avtomobil yandırılıb. Qazaxıxstan Prezidenti Nursultan Nazarbayev ertəsi gün 2012-ci il yanvarınadək orada fövqəladə vəziyyət tətbiq edib. Şəhərdə komendant saatı tətbiq edilib, hərəkət məhdudlaşdırılıb, mitinqlər qadağan edilib, foto və videoçəkilişlər və surətçıxarma və çoxaltma texnikasından istifadə məhdudlaşdırılıb. İğtişaşlar əməkhaqqının səviyyəsindən narazı olan neft şirkətlərinin işçilərinin bir neçə aylıq tətilindən sonra başlayıb. Məhkəmə bu tətili qanunsuz hesab edib, onun iştirakçıları işdən qovulub. Hazırda region hakimiyyəti şəhərdə vəziyyətin normallaşdırılması, qovulan neftçilərin işə düzəlməsi üçün tədbirlər görür.

Qazaxıstanda növbədənkənar parlament seçkiləri yanvarın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti