...

İranın ali lideri: ABŞ SSRİ kimi dağılacaq

Dünya xəbərləri Materials 3 Fevral 2012 16:27 (UTC +04:00)
Sanksiyaların sətrləşdirilməsinə baxmayaraq, İran öz nüvə proqramından imtina etməyəcək. Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İranın ali lideri ayətullah Seyid Əli Xamneyi cümə namazında bəyan edib.
İranın ali lideri: ABŞ SSRİ kimi dağılacaq

Azərbaycan, Bakı, 3 fevral /Trend müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

Sanksiyaların sətrləşdirilməsinə baxmayaraq, İran öz nüvə proqramından imtina etməyəcək. Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İranın ali lideri ayətullah Seyid Əli Xamneyi cümə namazında bəyan edib.

Xamneyi İslam inqilabının 34-cü illiyinə həsr edilmiş "Fəcr ongünlüyü" ilə bağlı namazdan öncə nitq söyləyib. Şənliklər ölkənin bütün şəhərlərində keçiriləcək və sonuncu gündə-fevralın 11-də hər yerdə mitinqlər baş tutacaq.

Qərbin İrana qarşı sanksiyaları haqqında danışan Xamneyi qeyd edib ki, ABŞ, İranı müharibə ilə hədələyənlər yekunda özlərinə zərər verəcəklər.

Onun sözlərinə görə, sanksiyalar siyasi cəhətdən İranın xeyrinədir, belə ki, onlar Qərbi dünya ictimaiyyətinin gözündə nüfuzdan salır.

"Əgər bizə silah satışına qarşı sanksiyalar tətbiq edilməsəydi, İran ordusu güclü olmazdı. Ölkənin nüvə proqramı üzrə məsələlər olmasaydı, uranı zənginləşdirməzdik. Sanksiyalar bizə daxili potensialımızı açmağa kömək edir və biz inkişaf edəcəyik", - Xamneyi vurğulayıb.

Onun sözlərinə görə, əgər ABŞ İrana qarşı müharibəyə başlasa, Birləşmiş Ştatlar İrandan 10 qat çox ziyan görəcək. ABŞ həm siyasi, həm də iqtisadi baxımdan zəifdir" , - o qeyd edib və əlavə edib ki, bunu amerikalıların Yaxın Şərqdə, xüsusən İraq və Fələstində uğursuzluğu sübut etdi.

Xamneyinin sözlərinə görə, ABŞ nəticədə SSRİ kimi dağılacaq.

Xəbər lenti

Xəbər lenti