...

Fransa Konstitusiya Şurası "erməni soyqırımı" haqqında qanun üzrə qərarı martın 1-nə qədər qəbul edəcək

Dünya xəbərləri Materials 3 Fevral 2012 18:09 (UTC +04:00)
Fransanın Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvi haqqında qərarı martın 1-nə qədər qəbul edəcək.
Fransa Konstitusiya Şurası "erməni soyqırımı" haqqında qanun üzrə qərarı martın 1-nə qədər qəbul edəcək

Azərbaycan, Bakı, 3 fevral /Trend müxbir A. Tağıyeva/

Fransanın Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvi haqqında qərarı martın 1-nə qədər qəbul edəcək. Bu barədə cümə günü Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Hər hansısa qərarın qəbulu üçün Şuranın 7 üzvünün səsi tələb olunur. Agentliyin məlumatına əsasən, Konstitusiya Şurasının bir çox üzvünün qanunun ləğvinə səs verəcəyi gözlənilir.

Yanvarın 31-də fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayaraq Konstitusiya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti