...

Gürcüstanda yenidən qar yağıb

Dünya xəbərləri Materials 5 Mart 2012 11:02 (UTC +04:00)
Gürcüstanda hava şəraiti yenidən pisləşib, ölkənin qərb hissəsinə yenidən qar yağıb. Tkibulidə (İmereti regionu) intensiv yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb.
Gürcüstanda yenidən qar yağıb

Gürcüstan, Tbilisi, 5 mart / Trend, müxbir N.Kirsxaliya /

Gürcüstanda hava şəraiti yenidən pisləşib, ölkənin qərb hissəsinə yenidən qar yağıb. Tkibulidə (İmereti regionu) intensiv yağıntılar nəticəsində qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb.

Kisoreti, Çxoeti və Mesori kəndlərinə aparan yollar qarla örtülüb.

Qar uçqunu təhlükəsi ilə bağlı Nakerala aşırımı bağlanıb.

Acariyanın Huloy rayonda da bir neçə gündür qar yağır. Orada qar örtüyünün hündürlüyü 50 santimetrə, bəzi yüksək dağlıq ərazilərdə isə bir metrə çatır.

Sonrakı günlərdə də yağıntıların olacağı gözlənilir.

Qar yağmasına baxmayaraq, ölkənin əsas avtomobil yolları hələlik açıqdır.

Xəbər lenti

Xəbər lenti