...

Bakı-Astana aviareysi açılır

Dünya xəbərləri Materials 21 May 2012 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend, müxbir Y.Kosolapova /

Qazaxıstanın "Eyr Astana" milli aviaşirkəti bazar ertəsi Astanadan Azərbaycan paytaxtına birbaşa reys açır. Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti məlumat verir.

Uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı rahat "Embraer 190" avialaynerində həyata keçiriləcək.

Mərkəzi Asiya və MDB ölkələrinə uçuşların yerinə yetirilməsi üçün aviaşirkət əməliyyat lizinqi ilə dörd yeni nəsil "Embraer 190" təyyarəsi əldə edib və bu tipdən olan daha iki təyyarənin alınması üçün müqavilə bağlayıb. Həmin təyyarələrdən birincisi iyulda gətiriləcək.

Biletlərin dəyəri aeroport yığımları və başqa vergilər daxil olmaqla, ekonomklasda Bakıdan Astanaya birbaşa 200 manatdan (1 dollar = 0,7858 manat) başlanır, biznes-klasda isə 450 manat təşkil edir. Hər iki başa aviauçuşların dəyəri yığımlar və başqa vergilər daxil olmaqla, ekonomklasda 376 manatdan və biznes-klasda 886 manat təşkil edir.

Bakıdan Astanaya uçuşun müddəti 2 saat 55 dəqiqə təşkil edir.

"Eyr Astana" Bakı-Astana reysi ilə yanaşı, Bakı ilə Almata arasında çərşənbə, cümə və bazar günləri olmaqla, həftədə üç dəfə birbaşa reyslər həyata keçirir.

Bakı ilə Almata arasında birbaşa reysləri Qazaxıstanın SCAT şirkəti də həyata keçirib.

Xəbər lenti

Xəbər lenti