Azərbaycan, Bakı, 24 may /Trend/
Kanadanın Kvebek şəhərində çərşənbə günü Beynəlxalq Olimpiya Komitəsinin iclasında 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq rəsmi namizəd şəhərlərin adları açıqlanıb.
Trend-in məlumatına görə, 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq rəsmi namizəd şəhərlər İstanbul, Madrid və Tokiodur.