...

Yaponiya hakimiyyəti Suriya səfirini ölkədən çıxarıb

Dünya xəbərləri Materials 30 May 2012 12:21 (UTC +04:00)
Yaponiya hakimiyyəti Suriyanın Hulu kəndinin sakinlərinin kütləvi qətliamına etiraz əlaməti olaraq bu ölkənin səfirini ölkədən çıxarıb.
Yaponiya hakimiyyəti Suriya səfirini ölkədən çıxarıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva/

Yaponiya hakimiyyəti Suriyanın Hulu kəndinin sakinlərinin kütləvi qətliamına etiraz əlaməti olaraq bu ölkənin səfirini ölkədən çıxarıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.

Dünən ABŞ, İspaniya, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Avstraliya, Almaniya, Niderlan və bir sıra başqa ölkələr də Suriya diplomatlarını öz ölkələrindən çıxardıqlarını açıqlayıblar.

Beynəlxalq müşahidəçilərin məlumatına görə, mayın 25-26-da Huluya hücumun qurbanlarının sayı 100 nəfərdən çox olub. Onların arasında qadınlar və uşaqlar da var.

Qurbanların əksəriyyəti əsasən, yaxın məsafədən açılan atəşlə qətlə yetirilib. Yerdə qalanlar artilleriya atəşi nəticəsində həlak olublar.

Suriya hakimiyyəti faciədə əli olduğunu inkar edir və qətliama görə məsuliyəti islam yaraqlılarının üzərinə qoyur.

Xəbər lenti

Xəbər lenti