...

Ermənistan XİN-in rəhbəri Türkiyəyə dəvət olunub

Dünya xəbərləri Materials 7 İyun 2012 10:55 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşilatının (QİƏT) üzvü olan ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Türkiyəyə dəvət olunub.
Ermənistan XİN-in rəhbəri Türkiyəyə dəvət olunub

Azərbaycan, Bakı, 7 iyun / Trend, müxbir A.Tağıyeva /

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşilatının (QİƏT) üzvü olan ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Türkiyəyə dəvət olunub. Tədbir iyunun 26-da İstanbulda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verir.

Məlumata görə, Ermənistan XİN-dən hələlik dəvətin qəbul edilməsi ilə bağlı rəsmi təsdiqlənmə daxil olmayıb. Lakin xatırladaq ki, Nalbandyan İstanbulda keçirilən bundan əvvəlki belə görüşdə iştirak edib.

2008-ci ilin noyabrında Edvard Nalbandyan QİƏT-in fəaliyyətdə olan sədri qismində İstanbula bir günlük səfər edib. Qəzetin yazdığına görə, öz növbəsində, Türkiyə XİN-in o zamankı rəhbəri Əli Babacan erməni həmkarının dəvəti ilə 2009-cu ildə Yerevanda keçirilən QİƏT üzvü olan ölkələrin XİN rəhbərlərinin sammitində iştirak edib.

Xəbər lenti

Xəbər lenti