...

Taner Yıldız: Türkiyə İraqla neft kəmərinin tikintisini alqışlayır

Dünya xəbərləri Materials 10 İyul 2012 12:30 (UTC +04:00)
Türkiyənin enerji resurslarına tələbatı sürətlə artır, ona görə də ölkə İraqla yeni neft kəmərlərinin tikintisini alqışlayır.
Taner Yıldız: Türkiyə İraqla neft kəmərinin tikintisini alqışlayır

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin enerji resurslarına tələbatı sürətlə artır, ona görə də ölkə İraqla yeni neft kəmərlərinin tikintisini alqışlayır. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "Anadolu" agentliyi yayıb.

Yıldız qeyd edib ki, İraqdan Türkiyəyə neft nəqlini nəzərdə tutan Kərkük-Yumurtalıq neft kəmərinin gücü üç il ərzində dəfələrə artırıla bilər.

Bununla yanaşı, nazirin sözlərinə görə, Türkiyə və İraq yeni neft kəmərinin tikintisini nəzərdən keçirir.

Türkiyənin Statistika İnstitutunun məlumatına görə, yanvar-aprel aylarında ölkə enerji daşıyıcılarının idxalını 2011-ci ilin analoji dövrü ilə müqayisədə 21,1 faiz -19,585 milyard dollar artırıb.

Habelə BOTAŞ şirkətinin sifarişi ilə idxal (neft və qaz idxalı) 13,2 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti