Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın İsfahan şəhərinin mərkəzi həbsxanasında 3 nəfər edam olunub. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir mlumat verir.
Məlumata əsasən, həmin şəxslər narkotik maddələrin alqı-satqısında ittiham olunublar.
İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkənin həbsxanalarında 300-dən çox şəxs narkotik qaçaqmalçılığına görə edam olunacağı günü gözləyir.