...

Zəlzələ İranda "Səttarxan" su bəndinə ciddi ziyan vurub

Dünya xəbərləri Materials 13 Avqust 2012 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Cəfərov/

İranın Şərqi Azərbaycan vilayətinin Əhər və Vərzəqan şəhərləri arasında tikilmiş "Səttarxan" su bəndinin divarlarında bu bölgədə baş vermiş zəlzələdən sonra çatlar əmələ gəlib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

Məlumata əsasən, Səttarxan su bəndinin divarlarında tez bir zamanda bərpa işləri aparılmazsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Belə ki, həmin bəndin ətrafında 20-yə yaxın kənd yerləşir. Bəndin divarları sıradan çıxarsa, həmin kəndləri su basar.

"Səttarxan" bəndi Əhər çayının üzərində tikilib və Əhər şəhərinin 15 kilometrliyində yerləşir.

İranın Şərqi Azərbaycan əyalətində şənbə günü 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti