...

GUAM: Gürcüstanda seçkilər azad və ədalətli keçirilib

Dünya xəbərləri Materials 2 Oktyabr 2012 12:51 (UTC +04:00)
Gürcüstanda seçkilər azad və ədalətli keçirilib. Trend-in məlumatına görə, bu barədə Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilatın - GUAM-ın müşahidə qrupunun bu ölkədə keçirilən seçkilərin yekunu üzrə bəyanatında deyilir.
GUAM: Gürcüstanda seçkilər azad və ədalətli keçirilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Gürcüstanda seçkilər azad və ədalətli keçirilib. Trend-in məlumatına görə, bu barədə Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilatın - GUAM-ın müşahidə qrupunun bu ölkədə keçirilən seçkilərin yekunu üzrə bəyanatında deyilir.

"Gürcüstanda parlament seçkiləri beynəlxalq öhdəliklərə və ATƏT-in və Avropa Şurasının standartları daxil olmaqla, demokratik seçkilərin standartlarına, həmçinin Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış öhdəliklərə uyğun olaraq təşkil edilib və keçirilib", - bəyanatda deyilir.

Müşahidəçilər qeyd edirlər ki, GUAM müşahidə qrupunun əhəmiyyətli iradları yoxdur.. Seçkilər rəqabətə davamlılıq üslubunda keçib və bütovlükdə müsbət qiymətləndirilə bilər.
"Gürcü arzusu" müxalifət koalisiyası MSK-nın səslərin təxminən 20 faizinin hesablamasından sonra liderlik edir.

MSK-nın məlumatına görə, səslərin hesablanmasının hazırkı mərhələsində "Gürcü arzusu" 53,3 faiz səs toplayıb. Hakim "Vahid Milli Hərəkat" 41,5 faiz səslə ikinci yerdədir.

MSK majoritar siyahılar üzrə seçkilərin yekunları ilə bağlı xəbər verir ki, 73 birmandatlı dairədən 27-də bu saat üzrə hakim partiyanın, 18-də isə "Gürcü arzusu"nun deputatları liderlik edirlər. Digər dairələr üzrə majoritar siyahıların məlumatları hələ hesablanmayıb.

Gürcüstanda parlament seçkilərində 14 partiya və iki siyasi blok iştirak edir. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Xəbər lenti

Xəbər lenti