...

İranın Əhvaz şəhərinin hava limanı ərazisində neft yatağı tapılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2012 09:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın Əhvaz şəhərinin hava limanı ərzisində neft yatağı tapılıb, buna görə həmin aeroport digər yerə köçürüləcək. Bunu İranın Hava Limanları Şirkətinin direktoru Məhəmməd Rəsulnijad deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı İribnews məlumat verir.

O, qeyd edib ki, neft yatağı Əhavaz şəhərininin hava limanının uçuş-eniş zolağının altında tapılıb. "İranın Neft Nazirliyi Əhvaz şəhər hava limanını alacaq və yeni hava limanı şəhərdən 15 kilometr kənarda tikiləcək", - Rəsulnijad bildirib.

Onun sözlərinə görə, artıq Nazirlər Kabineti hava limanının köçürülməsi ilə bağlı qərar verib və yaxın günlərdə yeni hava limanının tikintisinə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti