...

Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib

Dünya xəbərləri Materials 17 Yanvar 2013 08:29 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib.
Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Türkiyə Prezidenti Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin rəsmi saytında bildirilir.

Abdulla Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin və ona əlavənin, "Türkiyə Respublikası Hökuməti ilə "The Trans Anatolian Gas Pipeline Company B.V." arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin təsdiqi barədə qanunları imzalayıb.

Bundan əlavə, Türkiyə Prezidenti iki ölkənin hökumətləri arasında bağlanmış sərmayələrin qarşılıqlı qorunması, ortaqlıq və əməkdaşlıq haqqında, eləcə də dövlət qulluqçularının hazırlanması və dəstəklənməsi sahəsində sazişləri təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti