...

İran xalça ixracından 400 milyon ABŞ dolları qazanıb

Dünya xəbərləri Materials 7 Mart 2013 12:19 (UTC +04:00)
İran bu ilin 11 ayı ərzində (İranda təqvim martın 21-də dəyişir)yerli xalçaların ixracından 400 milyon ABŞ dolları gəlir əldə edib.
İran xalça ixracından 400 milyon ABŞ dolları qazanıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbirlər E.Tarıverdieva, T. Cəfərov /

İran bu ilin 11 ayı ərzində (İranda təqvim martın 21-də dəyişir) yerli xalçaların ixracından 400 milyon ABŞ dolları gəlir əldə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İRNA agentliyi xəbər yayıb.

İranın Milli Xalça Mərkəzinin rəhbəri Məhəmməd Bağır Əlixani bildirib ki, xalçalar dünyanın 70 ölkəsinə ixrac olunub.

İranın Kirman vilayətində xalça sərgisində çıxış edərkən Əlixani bildirib ki, xalçalar əsasən Asiya və Avropa bazarlarına ixrac edilir.

"45 faiz xalça ixracı Asiya ölkələrinə, 43 faizi Avropa, qalan məhsullar isə digər ölkələrə ixrac olunur",- o bildirib.

Əlixani qeyd edib ki, İran xalçaları bütün dünyada məşhurdur, çünki sanksiyalar xalça satışına təsir etmir.

Onun sözlərinə görə, bu gün İran öz xalçalarını Braziliya və Çinə ixrac edir. Hazırda Cənubi Afrika və Vyetnama ixracatla bağlı məsələlərə baxılır.

Sənaye,Ticarət və Mədən Nazirinin müavini Əlixani qeyd edib ki, hazırda xalça ixracında İranın rəqibləri Hindistan, Pakistan, Nepal, Əfqanıstan və Çindir.

O, həmçinin qeyd edib ki, İranda 8 milyon əhali (10 faizə qədəri) xalçaçılıqla məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti