...

İran raketləri uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 14 Mart 2013 13:36 (UTC +04:00)
Bu gün səhər İran ölkədə keçirilən hərbi təlimlər çərçivəsində “Nəziət–10” və “Fəcr-5” raketlərini uğurla sınaqdan keçirib.
İran raketləri uğurla sınaqdan keçirib

Azərbaycan, Bakı, 14 mart / Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

Bu gün səhər İran ölkədə keçirilən hərbi təlimlər çərçivəsində "Nəziət-10" və "Fəcr-5" raketlərini uğurla sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İRİB" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, raketlər müfəvvəqiyyətlə buraxılıb və hədəfləri məhv edib.

"Mehr News"agentliyinin verdiyi məlumata görə, sınaqlarda yüksək ranqlı hərbiçilər və Baş qərargahın nümayəndələri istirak ediblər.

Raketlər İranın Mərəncab vilayətinin Həşan şəhərində baş tutan birgünlük hərbi təlimlər çərçivəsində sınaqdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti