...

“Armavia” aviaşirkətinin müflis olmasından ziyan çəkən vətəndaşlar Yerevanda etiraz aksiyası keçirir

Dünya xəbərləri Materials 2 Aprel 2013 14:43 (UTC +04:00)
“Armavia” aviaşirkətindən bilet alan onlarla vətəndaş Yerevanın “Respublika” meydanında etiraz aksiyası keçirir.
“Armavia” aviaşirkətinin müflis olmasından ziyan çəkən vətəndaşlar Yerevanda etiraz aksiyası keçirir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Armavia" aviaşirkətindən bilet alan onlarla vətəndaş Yerevanın "Respublika" meydanında etiraz aksiyası keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Panorama.am" saytı xəbər yayıb.

Özünü müflis elan edən aviaşirkətdən onlara heç kim cavab vermir, biletləri geri qaytarılmır, uçuşlar isə həyata keçirilmir.

Şirkətin fəaliyyətindən zərərçəkənlər Ermənistanın İnsan Hüquqları Müdafiəsi ofisinə doğru istiqamətləniblər.

Qeyd edək ki, Ermənistanın milli aviaşirkəti - "Armavia" aprel ayının 1-dən uçuşları dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti