...

Ermənistanda İctimai Şura “Armavia” şirkətinin vəziyyəti ilə bağlı müzakirələr aparacaq

Dünya xəbərləri Materials 3 Aprel 2013 15:04 (UTC +04:00)
Ermənistan İctimai Şurasının sədri Vazqen Manukyan çərşənbə günü “Armavia” aviaşirkətinin pilotları ilə görüş zamanı yaxın vaxtlarda şirkət ətrafında geniş müzakirələrin aparılmasını təkilif edib.
Ermənistanda İctimai Şura “Armavia” şirkətinin vəziyyəti ilə bağlı müzakirələr aparacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Ermənistan İctimai Şurasının sədri Vazqen Manukyan çərşənbə günü "Armavia" aviaşirkətinin pilotları ilə görüş zamanı yaxın vaxtlarda şirkət ətrafında geniş müzakirələrin aparılmasını təkilif edib. Trend-in məlumatına görə, bu barədə şuranın mətbuat xidmətinə istinadən "ARKA" qəzeti xəbər yayıb.

Qeyd edək ki, Ermənistanın milli aviaşirkəti "Armavia" aprelin 1-dən uçuşları dayandırıb.

Məlumata görə, müzakirələr zamanı, həmçinin erməni pilotların problemləri və gələcəkdə mülki aviasiyanın gələcəyi barədə məsələlərə toxunulacaq.

Görüş zamanı pilotlar aviaşirkət ətrafında baş verən vəziyyətlə bağlı narahatlıqlarını bildirərək onun nəticələrini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti