...

BMT-ın baş katibi tez bir zamanda Suriya üzrə konfransın keçirməsində əmindir

Dünya xəbərləri Materials 19 May 2013 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

BMT-nin baş katibi Pan Gi Mun təşkilatın Təhlükəsizlik şurasının daimi üzvləri ilə (Rusiya Federasiyası, ABŞ, Böyük Britaniya, Fransa, Çin Xalq Respublikası) məsləhətləşmələrdən sonra əmin olub ki, Suriyadakı vəziyyəti nizama salınması üzrə konfrans tez bir zamanda, ola bilsin ki, iyunun əvvəlində keçiriləcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

" Bir halda ki, tərəflər məndən BMT himayəsi altında bu konfransın çağırılmasını xahiş edib, mən indi bütün əlaqədar tərəflərlə fəal məsləhətləşmələr aparıram. Mən artıq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və digər tərəflərin nümayəndələri ilə danışıqlar aparmışam. Biz indi konfransın iyunun əvvəlındə keçirilməsi imkanına baxırıq, lakin bu sonrakı müzakirələrin mövzusudur. Hər halda mən əminəm ki, biz konfransı çox tezliklə keçirəcəyik", - BMT-ın baş katibi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti