...

On minlərlə misirli prezident Mursinin inaqurasiyasının ildönümündə onun istefasını tələb edir

Dünya xəbərləri Materials 30 İyun 2013 18:00 (UTC +04:00)
On minlərlə insan bu saatlarda ölkə prezidentini onun inaqurasiyasının ildönümü günündə istefaya və dövlət başçısının vaxtından əvvəl seçkilərinin keçirilməsinə çağırmaq üçün bütün Misir üzrə şəhərlərin əsas meydanlarına toplaşırlar.
On minlərlə misirli prezident Mursinin inaqurasiyasının ildönümündə onun istefasını tələb edir

Azərbaycan, Bakı, 30 iyun /Trend/

On minlərlə insan bu saatlarda ölkə prezidentini onun inaqurasiyasının ildönümü günündə istefaya və dövlət başçısının vaxtından əvvəl seçkilərinin keçirilməsinə çağırmaq üçün bütün Misir üzrə şəhərlərin əsas meydanlarına toplaşırlar. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Ən kütləvi etiraz aksiyaları indi nümayişçilər yığışan Misir paytaxtındakı Təhrir meydanında gözlənilir.

Bugünkü nümayişlərin təşəbbüskarı Təmərrüd hərəkatının rəhbərlərindən birinin sözlərinə görə, Mursinin əksər opponentləri axşam tərəfi onun iqamətgahı olan ''Əl İttihadiyə'' sarayının yanında toplaşacaqlar.

Təşkilatçılar burada yeddi milyona yaxın etiraz edəni görməyə gözləyirlər. Müxtəlif partiyaların nümayəndələrinin komitəsi olan ''30 iyun cəbhəsi'' insanları ''hələ ki prezidentin özü istefaya getməsə'' meydanları tərk etməməyə çağırıb. Müxalifətçilər səhər tezdən iqamətgahın yanında yüzlərlə çadır qurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti