...

Bülənt Arınç: Türkiyə Suriyada hərbi əməliyyatların keçirilməsi üçün öz mandatlığını təqdim etməyə hazırdır

Dünya xəbərləri Materials 27 Avqust 2013 12:47 (UTC +04:00)
Türkiyə Qərbin koalisiya qüvvələri ilə birgə Suriya hərbi əməliyyatların keçirilməsinə mandate verməyə hazırdır.
Bülənt Arınç: Türkiyə Suriyada hərbi əməliyyatların keçirilməsi üçün öz mandatlığını təqdim etməyə hazırdır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Qərbin koalisiya qüvvələri ilə birgə Suriya hərbi əməliyyatların keçirilməsinə mandate verməyə hazırdır. Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bildirib.

Baş nazirin müavini deyib: "Lakin Suriyada hərbi əməliyyatların keçirilməsi üçün mandatın təqdimatı Türkiyə parlamentinin qərarından asılı olacaq. Parlamentin razılığı olmadan hökumət belə bir mandat təqdim edə bilməz".

B.Arınçın sözlərinə görə, məqsədi Suriyada qan tökülməsinin qarşısını almaq olan Suriyadakı hərbi əməliyyatlarda 20-25 ölkədən ibarət koalisiya qüvvələri iştirak edə bilər və Türkiyə bu əməliyyatlarda öz yerini tutmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti