...

Aİ: Assosiasiya və azad ticarət zonası haqqında sazişlər Ermənistanda sıfır nəticəyə malik oyun deyil, əlverişli islahatlar üçün əsas olardı

Dünya xəbərləri Materials 5 Sentyabr 2013 13:01 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə Assosiasiya və dərin və hərtərəfli azad ticarət zonası haqqında sazişlər MDB ölkələri ilə iqtisadi əməkdaşlığa uyğun ola bilər.
Aİ: Assosiasiya və azad ticarət zonası haqqında sazişlər Ermənistanda sıfır nəticəyə malik oyun deyil, əlverişli islahatlar üçün əsas olardı

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Avropa İttifaqı (Aİ) ilə Assosiasiya və hərtərəfli azad ticarət zonası haqqında sazişlər MDB ölkələri ilə iqtisadi əməkdaşlığa uyğun ola bilərdi. Bu barədə Avropa Komissiyasının Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı Aİ-nin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.

"Biz Ermənistanın Gömrük İttifaqına qəbul olmaq istəyini diqqətə alırıq. Biz bu qərarla assosiasiya və azad ticarət zonası haqqında sazişlər çərçivəsində öhdəliklər arasında uyğunluğu təmin etmək məqsədilə Ermənistanın niyyətini daha yaxşı anlamaq istəyirik. Bu məsləhətləşmələrdən sonra biz gələcək addımlar üçün nəticə çıxaracağıq. Biz vurğulayırıq ki, assosiasiya və azad ticarət zonası haqqında sazişlər Ermənistanda sıfır nəticəyə malik oyun deyil, əlverişli islahatlar üçün əsas olardı və bu, MDB ölkələri ilə iqtisadi əməkdaşlığa uyğun ola bilərdi."

Bəyanata görə, üç il yarımdan artıq bir müddətdə davam edən assosiasiya və azad ticarət zonası haqqında sazişlər üzrə danışıqlar iyul ayında yekunlaşdırılıb.

Avropa Komissiyasının bəyanatında bildirilir ki, bu sazişlər Ermənistana Aİ-nin dəstəyi ilə ümumi dəyərlər, siyasi assosiasiya və iqtisadi inteqrasiyaya əsaslanan modernləşdirmə və islahatlar proqramını davam etdirməyə imkan verərdi.

Qeyd edək ki, Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan arasında danışıqların yekunlarına görə, sonuncu Ermənistanın Gömrük İttifaqına daxil olması və Avrasiya İqtisadi İttifaqının gələcək formalaşmasında iştirak etmək niyyəti barədə bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti