...

Serqey Sobyanin Moskvanın meri seçilib

Dünya xəbərləri Materials 9 Sentyabr 2013 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend /

Serqey Sobyanin Moskva meri seçkilərində 51,37 faiz səslə qalib gəlib. Trend-in məlumatına görə, bu barədə "İTAR-TASS" agentliyi Moskva Şəhəri Seçki Komissiyasına istinadən məlumat yayıb.

Moskva meri vəzifəsinə seçkilər 2015-ci ildə, Serqey Sobyaninin şəhərin meri səlahiyyətləri müddəti başa çatdığı vaxt keçirilməli idi. Lakin Sobyaninin şəxsi istəyi və Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə növbədənkənar seçkilər keçirilib.

Hazırki mer seçkiləri son 10 ildə ilk dəfə baş tutub. Rusiya paytaxtının sayca üçüncü meri olan Sobyanin 21 oktyabr 2010-cu il tarixindən etibarən bu vəzifəni tutmağa başlayıb. O, bu vəzifədə 18 il şəhərə rəhbərlik edən və 2010-cu il sentyabrın 28-də vəzifədən kənarlaşdırılan Yuri Luşkovu əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti