...

ABŞ Ukraynanın Aİ ilə assosiasiya sazişinə dair qərarından məyus olub

Dünya xəbərləri Materials 22 Noyabr 2013 08:20 (UTC +04:00)
ABŞ Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişinin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarından məyus olub.
ABŞ Ukraynanın Aİ ilə assosiasiya sazişinə dair qərarından məyus olub

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

ABŞ Ukraynanın Avropa İttifaqı ilə assosiasiya sazişinin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarından məyus olub. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyan edib.

Ukrayna hökuməti cümə axşamı Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin bağlanması üçün hazırlıq prosesini dayandırmaq barədə göstəriş verib. Nazirlər Kabineti bunu MDB və Rusiya ilə iqtisadi əlaqələrin inkişafının zəruriliyi ilə əsaslandırıb.

Dövlət Departamentinin məlumatında deyilir: "ABŞ Avropa İttifaqı kimi, Ukrayna hökumətinin Avropa İttifaqı ilə assosiasiya və ticarət sazişinin imzalanmasına hazırlığının dayandırılması qərarından məyus olub".

Vaşinqton Avropa İttifaqına "Ukrayna üçün qapıları açıq saxlamağı" tövsiyə edərək Aİ-nin Kiyevə "tarixi fürsət" yaratdığını qeyd edib: "ABŞ əmindir ki, Ukraynanın Avropaya inteqrasiyası ölkəni iqtisadi çiçəklənmə və demokratiyaya aparan ən yaxşı yoldur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti