...

Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyən yüzlərlə insan Kiyevdə nümayiş keçirir

Dünya xəbərləri Materials 28 Noyabr 2013 13:50 (UTC +04:00)
Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyən təqribən 300 nəfər bu gün səhər saatlarından Kiyevdəki Müstəqillik meydanında etiraz aksiyasını davam etdirib.
Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyən yüzlərlə insan Kiyevdə nümayiş keçirir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyən təqribən 300 nəfər bu gün səhər saatlarından Kiyevdəki Müstəqillik meydanında etiraz aksiyasını davam etdirib.

Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aksiya partiya rəmzləri olmadan keçirilir, etirazçıların əksəriyyəti əllərində Ukrayna və Avropa İttifaqının bayraqlarını tuturlar.

Ukrayna paytaxtında havanın temperaturu sıfır dərəcə civarındadır. İnsanların toplaşdığı meydanda səyyar isitmə məntəqələri fəaliyyət göstərir.

Yazıçılar və ictimai fəallar nümayiş iştirakçıları qarşısında çıxış edirlər. Eyni zamanda, avrointeqrasiyanın tərəfdarları Avropa meydanı və hökumət binası qarşısında etiraz aksiyalarını dayandırıblar.

Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti