...

Sergey Arbuzov: Ukrayna hakimiyyəti növbədənkənar prezident və parlament seçkilərini müzakirə etməyə hazırdır

Dünya xəbərləri Materials 5 Dekabr 2013 12:49 (UTC +04:00)
Əgər müxalifət tərəfindən danışıqlar masası arxasında növbədənkənar prezident və xalq deputatlarının seçkiləri təklifi səslənərsə, Ukrayna hakimiyyəti bunu müzakirə etməyə hazırdır.
Sergey Arbuzov: Ukrayna hakimiyyəti növbədənkənar prezident və parlament seçkilərini müzakirə etməyə hazırdır

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Əgər müxalifət tərəfindən danışıqlar masası arxasında növbədənkənar prezident və xalq deputatlarının seçkiləri təklifi səslənərsə, Ukrayna hakimiyyəti bunu müzakirə etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Ukrayna Baş nazirinin birinci müavini Sergey Arbuzov "5 kanal"a müsahibəsində deyib. Xəbəri cümə axşamı "Ukrinform" yayıb.

Onun ölkədə növbədənkənar parlament və prezident seçkilərinin ola biləcəyini güman edib-etmədiyi barədə suala cavabı belə olub: "Mən güman edirəm ki, belə təkliflər səslənə bilər. Və mən hesab edirəm ki, biz onları müzakirə etməyə hazırıq".

Arbuzov, həmçinin mitinqlərdə növbədənkənar prezident seçkilərinin keçirilməsinin zəruriliyi haqqında bəyanatların səsləndirilməsi barədə Prezident Viktor Yanukoviçə məlumat verildiyini zənn edir: "Bu gün kütləvi informasiya vasitələrinin 100 faizi Maydandadır və hər şeyin necə baş verdiyi göstərilir. Və ölkədəki hər bir adam söhbətin nədən getdiyini və nümayişçilərin hansı tələbləri irəli sürdüklərini bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti