Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Ukrayna Prezidenti Viktor Yanukoviç yaxın vaxtlarda iqtisadi inkişaf və ticarət naziri İqor Prasolovu, xarici işlər naziri Leonid Kojaranı və sənaye siyasəti naziri Mixail Korolenkonu vəzifələrindən kənarlaşdıra bilər. Buna səbəb bu nazirlərin hökuməti Aİ ilə assosiasiyalar haqıqnda sazişin imzalanmasının ölkə iqtisadiyyatı üçün hansı təhlükələr yaratması barədə məlumatlandırmamalarıdır. Trend-in məlumatına görə, bu barədə "Kommersant-Ukrayna" bazar ertəsi öz mənbələrinə istinadən xəbər yayıb.
Hakim Regionlar Partiyasından bu məlumatı dolayısı ilə təsdiqləyiblər. Xalq deputatı (Regionlar Partiyası) Vladimir Olıynik qəzetə bildirib: "Hesab edirəm ki, iqtisadi blokla əlaqəsi olan hər kəs cəzalanmalıdır. Hazırkı nazirlərə və əvvəllər bu vəzifələri tutan şəxslərə, məsələn, İqor Prasolov, [Baş nazirin keçmiş birinci müavini] Valeri Xoroşkovski və [keçmiş iqtisadi inkişaf və ticarət naziri] Pyotr Poroşenkoya baxmaq lazımdır".
Ötən həftə Ukrayna Prezidenti assosiasiyalar haqqında sazişin hazırlanması ilə məşğul olan adamların ən azından vəzifəsindən kənarlaşdırılacağını bəyan etmişdi. Lakin o, adları açıqlamamışdı.