Gürcüstan, Tbilisi, 15 yanvar / Trend, müxbir N.Kirtsxaliya /
Gürcüstanın Rikot aşırımından keçən bütün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Qar yağması ilə əlaqədar olaraq məhdudiyyətlər yalnız Cvari-Uşquli sahələrində, nəqliyyat vasitələrinin hərəkətinə yalnız xüsusi zəncirlərin olduğu halda icazə verilən Kobi-Qudauri və Nakerala aşırımlarında qalır. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Avtomobil Yolları Departamentindən bilirilib.
Məlumata görə, yolun çətin keçilən hissələrinə xüsusi texnika səfərbər olunub və yollar müntəzəm şəkildə qardan təmizlənir.