...

İraqdakı radikal islamçı qrup Volqoqraddakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

Dünya xəbərləri Materials 20 Yanvar 2014 13:24 (UTC +04:00)
"Ənsar əl-sünnə" radikal islamçı qruplaşması 2013-cü ilin dekabr ayının sonlarında Volqoqradda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
İraqdakı radikal islamçı qrup Volqoqraddakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

"Ənsar əl-sünnə" radikal islamçı qruplaşması 2013-cü ilin dekabr ayının sonlarında Volqoqradda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Trend-in məlumatına görə, bu barədə RBK "Deutsche Welle"-ə istinadən xəbər verir.

2014-cü il yanvarın 19-da internetdə yerləşdirilən videoçarxda əllərində avtomat silah tutmuş və özlərini Süleyman və Əbdürrəhman adlandıran iki gənc nümayiş olunub. İddia edilir ki, məhz onlar intiharçı-terrorçular olublar.

Ekstremistlər, həmçinin Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı da hücum edəcəkləri ilə hədələyiblər.

2003-cü ilin sentyabrında yaradılan "Ənsar əl-sünnə" İraqın şimalında və mərkəzində yerləşir. Onun Volqoraddakı terror aktları ilə heç bir əlaqəsinin olmadığı da istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti