...

Yunanıstan terror təhlükəsi ilə əlaqədar fövqəladə təhlükəsizlik tədbirləri görüb

Dünya xəbərləri Materials 23 Yanvar 2014 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/Trend/

Afinada terror aktları təhlükəsi səbəbindən fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yunanıstan polisi ölkənin Avropa İttifaqında sədrliyi dövründə istifadə edilən müəssisə, mehmanxana, avtomobil şosselərinin mühafizəsini gücləndirib.

"17 noyabr" terrorçu qruplaşmasının həbsxanadan qaçan üzvü Xristodolos Ksiros yanvarın 20-də yaydığı videoyazıda yeni terror aktları törətməklə hədələyib.

Ekspertlər terrorçuların mümkün 250 hədəfinin olduğunu müəyyənləşdiriblər.

Polis 320 obyektin mühafizəsini gücləndirib. X Ksirosun axtarışında ABŞ və Böyük Britaniya təhlükəsizlik xidmət orqanları Yunanıstan tərəfinə yardım edirlər.

Antirterror tədbirləri zamanı 3 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti