...

Misirdə üçüncü partlayış da baş verib

Dünya xəbərləri Materials 24 Yanvar 2014 13:38 (UTC +04:00)
Qahirə ətrafındakı Gizə şəhərinin əl-Haram rayonunda əldəqayırma partlayıcı qurğu işə düşüb.
Misirdə üçüncü partlayış da baş verib

Azərbaycan, Bakı, 24 yanvar/Trend/

Qahirə ətrafındakı Gizə şəhərinin əl-Haram rayonunda əldəqayırma partlayıcı qurğu işə düşüb. Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölüm və dağıntı olmayıb.

İnsident piramidalar yaxınlığında yerləşən polis məntəqəsində baş verib.

Qeyd edək ki, cümə günü daha əvvəl Misirin müxtəlif ərazilərində 2 partlayış olmuşdu, nəticədə azı 5 nəfər ölmüş, onlarla insan isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti