...

Bosniya və Hersoqovinada nümayış zamanı ən azı 200 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 8 Fevral 2014 11:55 (UTC +04:00)
Bosniya və Hersoqovinanın 20 şəhərində keçirilən hökumət əleyhinə nümayişlər zamanı ən azı 200 nəfər xəsarət alıb.
Bosniya və Hersoqovinada nümayış zamanı ən azı 200 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bosniya və Hersoqovinanın 20 şəhərində keçirilən hökumət əleyhinə nümayişlər zamanı ən azı 200 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" Britaniyanın "The Guardian" qəzetinin veb-saytına istinadən xəbər verib.

Dünən minlərlə nümayişçi Sarayevonun küçələrinə çıxıb. Yüzlərlə etirazçı asayiş keşikçilərinə daş və başqa əşyalar atıblar. Qəzet yazır ki, onlar həmçinin, paytaxtın mərkəzindəki Prezident sarayını, avtomobilləri və evləri yandırıblar.

Buna cavab olaraq polislər nümayişçilərə qarşı gözyaşardıcı qaz, rezin güllələr tətbiq ediblər. Nümayişçilər ölkənin üç iri şəhərində - Sarayevoda, Tuzla və Zenitsedə dövlət müəssislərini yandırıblar. Tuzlada beş minə yaxın adam yerli administrasiyanın binasına soxularaq kompyuter texnikasını və mebelləri sındırıb.

Qeyd edək ki, ölkədə bir neçə gündən bəri əhalinin hökumətin iqtisadi siyasətinə, eləcə də ölkə əhalisinin böyük hissəsinin çalışdığı dövlət zavodlarının bağlanması ilə bağlı narazılığı davam edir. Sakinlər vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından, korrupsiyadan və işsizlikdən narazıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti