...

İtaliya Prezidenti Baş nazir Enriko Lettanın istefasını qəbul edib

Dünya xəbərləri Materials 14 Fevral 2014 17:47 (UTC +04:00)
İtaliya Prezidenti Corcio Napolitano Baş nazir Enriko Lettanın istefasını qəbul edib.
İtaliya Prezidenti Baş nazir Enriko Lettanın istefasını qəbul edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

İtaliya Prezidenti Corcio Napolitano Baş nazir Enriko Lettanın istefasını qəbul edib.

Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Prezident günün ikinci yarısında deputatlar palatası və senatın spikerləri ilə məsləhətlərə başlayacaq. Sonra ölkənin əsas siyasi partiyalarının nümayəndə heyətlərini qəbul edəcək.

Dövlət başçısı ardından Demokratik Partiyanın lideri Matteo Rentsiyə yeni hökuməti formalaşdırmağı tapşıracaq. O, Baş nazir vəzifəsinə yeganə namizəddir.

Yeni kabinetin tərkibi bazar günü müəyyənləşməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti