Azərbaycan, Bakı, 26 fevral /Trend/
Ukraynanın ərazi bütövlüyü təhlükə altındadır. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu bildirib.
"İndi vəziyyət belədir ki, Ukraynada ölkənin parçalanma riski var. Biz artıq iki ildir avropalı dostlarımıza izah etməyə çalışırıq ki, onların üsulları düzgün deyil", - nazir deyib.
Nazir vurğulayıb ki, "demokratiyanın inkişafı baxımından bəzi ölkələr öndə ola bilər, bəziləri isə geridə".
"Bizdə müxtəlif problemlər ola bilər, amma onlar bizim aramızda düşmənçiliyə səbəb olmamalıdır. Bu cür baxışlara yenidən baxmaq lazımdır", - Çavuşoğlu bildirib.
Çavuşoğlu onu da əlavə edib ki, Avropa təşkilatları bu gün qonşu regionlarda "regional böhranların həllinə müsbət töhfə verə və yenilənə bilməyiblər".