Slavyanskda xüsusi əməliyyat zamanı milis əməkdaşı həlak olub

Dünya xəbərləri Xəbər 13 Aprel 2014 22:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend /

Ukraynanın Slavyansk şəhərində xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ukraynanın UNİAN informasiya agentliyi məlumat verir.

Bundan öncə xəbər verildiyi ki, Slavyanskda keçirilmiş xüsusi əməliyyat zamanı bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Agentliyin məlumatına görə, bu blokpostların birinin yaxınlığında baş verib.

Xəbər lenti

Xəbər lenti