...

Donetsk vilayətinin Slavyansk şəhərində etirazçılarla hökumət qüvvələri arasında toqquşmalar gedir

Dünya xəbərləri Materials 2 May 2014 11:30 (UTC +04:00)
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başlayıb.
Donetsk vilayətinin Slavyansk şəhərində etirazçılarla hökumət qüvvələri arasında toqquşmalar gedir

Azərbaycan, Bakı, 2 may /Trend/

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başlayıb.

Əməliyyatın gedişində hökumət qüvvələri şəhərin böyük hissəsi üzərində nəzarəti bərpa ediblər. Hökumət qüvvələri ilə separatçılar arasında toqquşmalar gedir. Bu barədə Ukraynanın Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb. Trend-in məlumatına görə, xəbəri "RBK-Ukrayna" yayıb.

Tımçuk yazıb: "İnformasiya müqaviməti" qrupunun operativ məlumatına görə, hazırda terrorçuların blok-postları dağıdılıb, şəhərdəki televiziya mərkəzi nəzarət altına götürülüb. Terrorçular qaçıb dağılışmağa hazırlaşırlar. Əsas müqavimət ocaqları şəhərin cənub-şərqində qeydə alınıb".

O həmçinin xəbər verib ki, əməliyyat zamanı terrorçular daşına bilən zenit raket kompleksindən açılan iki atəşlə Ukrayna güc strukturlarının Mi-24 helokopterini vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti