Azərbaycan, Bakı, 11 may / Trend /
Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək Rumıniyanın paytaxtı Buxarestdə kontaktlara başlayıb. İkitərəfli səfər çərçivəsində Çiçək Cənub-Şərqi Avropada əməkdaşlıq Prosesi Parlament assambleyasında (CŞAƏP) iştirak edib və ikitərəfli görüşlər keçirib. Trend TRT telekanalının saytına istinadən bu barədə məlumat verir.
TBMM spikeri Cəmil Çiçək açıqlamasında Ukraynadakı hadisələrə reaksiyasını bildirib: "Biz qanuna zidd olmuş faktları qəbul etmirik.
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".
"Türkiyə Ukraynada hadisələrin gedişini izləyir. Biz gərginliyin azalması prosesində ATƏT-in rolunu dəstəkləyirik. Biz Rusiya və Ukrayna arasında konstruktiv dialoqun qurulmasını istəyirik. Biz indiyə qədər təhlükə altında olan krım-tatar xalqının vəziyyətinə böyük əhəmiyyət veririk", - Çiçək bildirib.
Səfərin ikinci günü Çiçək təşkilatın Baş Assambleyasının iclasında iştirak edəcək və türk əsgərinə Buxarestdəki abidəsini ziyarət edəcək.
Türk iş adamları və qohum xalqların nümayəndələrinin iştirak edəcəyi qəbuldan sonra, Çiçək Türkiyəyə qayıdacaq.