...

Liviya paytaxtında silahlı dəstə parlamentin müvəqqəti qərargahına hücum edib

Dünya xəbərləri Materials 18 May 2014 20:12 (UTC +04:00)
Liviyanın Ümumi milli konqresinin (ÜMK - müvəqqəti parlament) Tripolidəki qərargahına bazar günü hücum edilib.
Liviya paytaxtında silahlı dəstə parlamentin müvəqqəti qərargahına hücum edib

Azərbaycan, Bakı, 18 may /Trend/

Liviyanın Ümumi milli konqresinin (ÜMK - müvəqqəti parlament) Tripolidəki qərargahına bazar günü hücum edilib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Liviya informasiya agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, naməlum silahlı şəxslər deputatları mühasirəyə alaraq, Konqres binasının yaxınlığında atəş açıblar.

Şahidlərin sözlərinə görə, atəş yüngül atıcı silah və zenit pulemyotlardan aparılır.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Bundan başqa agentliyin məlumatına görə, intensiv atışma səsləri paytaxtın digər rayonlarında, o cümlədən Abu-Slime və El-Hadbedə eşidilir.

Xəbər lenti

Xəbər lenti