...

Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı 300-ə yaxınlaşıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 24 May 2014 20:55 (UTC +04:00)
Şənbə günü Egey dənizində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 6,5 olub. Zəlzələ nəticəsində xəsarət alanların sayı 300-ə yaxınlaşıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Türkiyədə zəlzələ zamanı xəsarət alanların sayı 300-ə yaxınlaşıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 16:29-da yayılıb)

Azərbaycan, Bakı, 24 may /Trend/

Şənbə günü Egey dənizində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 6,5 olub. Zəlzələ nəticəsində xəsarət alanların sayı 300-ə yaxınlaşıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.

Məlumata görə, zəlzələ Türkiyənin bir çox bölgələrində hiss olunub. Yeraltı təkanlardan sonra insanlar özlərini evlərindən bayıra atıblar. Bəziləri pəncərədən atılarkən yaralanıblar. Bəzi evlər qəzalı vəziyyətə düşüb.

Çanaqqalada təxminən 100, Tekirdağda 15, Ədirnədə 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Rəsmi məlumata görə, hələki zəlzələ zamanı ölüm faktı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti